Cheap Web Hosting | Free Web Hosting | Dedicated Servers | Windows Hosting | Free Web Space | Trade Show Displays | GoDaddy Coupon Codes | FrontPage Hosting | Business Hosting
cheap web hosting
Search the Web

Settarxanin 92 Shehadet il donumu (2006. Nov)

 

 

 

Səttarxan Şəhadətinin 92ci İl Dönümü

 

Səttarxanı sevən Uşaq

Səttarxan şəhadətinin 92ci İl dönümünün törəni bu il lap əzəmətli durum da geçirildi və bir planlaşmamış göstəri, Tehran metrosunun İçərisinə qədər davam tapdi...

Çərşəmbə gecəsi  özümlə deyirdim geçən həftə Səfərxanın qəbrinə az adam gəlmişdir və ona görə ehtimali var Səttarxanın mərasiminə da az adam gəlsin və buna görə, Şabduləzimə getmək için maraqlı deyildim.

Elə bu fikirlərin içində idim ki 2ci kanal, Səkkiz yarım xəbərin dən sonra deyir ReyŞəhirin Kültürəl Mutaliələr Mərkəzi, Səttarxanın Ölüm ildönümü munasibətə görə, Tuti Bağında bir anıma mərasimi quracaqdır!

Heç tə,əccübü yox idi! Çün Azərbaycanın bu il ki olaylarına görə, dövlət istəyir belə törənləri öz kontrolunun altına gətirsin.

Elə o çağdan bilindi ki Cuma Axşamında ki anılama başqa illərlə fərqli olacaqdır. Bir yandan Səttarxanın məzarına gedənlər, bu fikirləri edəcəklər:

1- Törən bu il dövləti dir və buna görə təklif bəlli dir! Biz istəklərimiz lə maraqlarımızdan uzaq olacaq! Getməsək yaxşıdır.

2- Biz getməliyik. Neçə illər dir bu mərasımı Türk öyrəncilərin himmətiylə qurulur və bu meydanı onların qazancına boşatmalı deyilik. Özüdə, Bu fursətdən gərək lap yaxşı istifadə edək, çünkü dövlət özü ora getmək için bir cürə bildiriş və mücəvviz verir və ora gedənlərlə işi ola bilməz!

 

Mən də ikinci fikirə sahibi olaraq Səttarxanın məzarına sarı yola düşdüm. Bir az gec yetişdim! iki toplum var idi! Hər iki toplum da da bir ruhani danışırdı! Ancaq Biri Səttarxan məzarında və biri də Xiyavani məzarında!

Birisində Təbrizin Məclis də ki vəkili(Mirtacəddini) və biri də Əzimi-Qədim. Ancaq Əzimi Səttarxanın törəninə hər il gələnləronda olan toplumun sayısı çox-çox artıq idi və əlbəttə düz dür ki Səttarxanın qəbri üstü deyildi, ancaq bütün adamların əlində bir Səttarxan görüntüsü də var idi. Uzaq dan Səttarxanıçın bir Fatihə oxudum və getdim ikinci toplumun yanında durdum.

3-4 dənə əks saldım. Ancaq bir gənc ata ilə qucağında kı uşağı məni özlərinə sarı çəkdi. Uşaq dərin duyğu ilə Səttarxanın rəsimini tutmuşdu. Bir əks saldım və belə düşünürəm ömrümdə belə bir gözəl görüntü görməməşəm. Bir səhnə də var idi ki bir öyrənci bir kağaz iki əliylə tutmuşdu və onda bu söz var idi: IRIB ≠ Persian (Yani Iran Radio-Telvizionu Gərək Təkcə Farsca olmaya!).

Danışanlar və qətnamə oxuyanın səsi yaxşı gəlmirdi. Qətnamə oxuyandan sonra Gül paylandı və bütün gələnlər güllü və gülsüz getdilər gülləri qoyalar Səttarxanın qəbrinin üstünə. Ancaq Birinci Toplum, Polislər əməkdaşlığı ilə, bu işə icazə vermədi və Farsca deyirdilər: "görmürsünüz burada mərasım var? utanmıyırsınız!?" Bu yandan cəmaat uca səslə deyirdilər: "O adam ki gərək utansın sizsiniz. Geçən illər siz hayandaydınız? Biz də qəbr üstündə durmağa haqqımız var. Bu bizim milli sərdarımız dır..."

Səttarxanın törəninə hər il gələnlərin birisi ki qızıl qəfəs istəmirXulasə hər il gələn Türkləri geri qaytardılar və Türklər Metro durağına qədər, polis ilə birlikdə(!), bir səssiz, göstəri etdilər. Yol yarısında da neçə dəfə Mərasımı qatanlar və Türklərin arasında çatışma üz verirdi. Metro da bilit pulu da alınmadı, çünkü 1000 dən artıq Türkə, birdən bilit satabilməzdilər!! Bu da, bu il ki törənin başqa fərqlərindən idi! Türklər polislərə deyirdilər, bilitə görə təşəkkür!!

Fərqlərin birisidə, metro içindəki törən idi. Hər yerdən xəbərsiz addi musafirlər, Səttarxan məzarından qovalanmış Türklərin işlərinə təkcə baxdılar! Deməli dir ki Tehranın günüy-quzey metro xəttinin küpələrinin araları açıqdır və buna görə, Türklər qatarın başından ətəginə qədər, sıxsıx doldurdular və topxanaya qədər nə istədilər dedilər və oxudular. Arazın Küpələr Mahnısı yadıma düşmüşdü! Metro da ki Video ya baxabilərsiniz:

 

http://video.google.com/videoplay?docid=4151640306203216951

http://video.google.com/videoplay?docid=-8178299009807460648

 

Bu də, Guya saytında yazılmış xəbər; metro içindən xəbərləri yox:

http://news.gooya.com/politics/archives/2006/11/054898.php

 

 

 

Aydın K

November 17, 2006

 

(ديدگاه شما راجع به اين مطالب)Bu Yazılara Görə Baxışlarınız:

  

 


html Bağlantı:

http://www.AnaYurdum.20m.com/html_Yazilar/Settarxan_92ciildonum_1385.htm

 

Başqa bir Bağlantı:

Səttarxan Ringi (Rəhman Əsədullahı dan): http://www.musicboxla.biz/assets/asadollahi_settarxan.rm


 

 

 

توجه:

اين وبلاگ در راستاي اصول پانزده و نوزدهم قانون اساسي جمهوري اسلامي ايران، در موضوعات فرهنگي-اجتماعي فعاليت کرده و نويسنده آن وابسته به هيچ گروه و حزب سياسي و ... نمي باشد.

 

AnaYurdum.20m.com

  E-Mail: celalkivi@publicist.com

 

 

Weblog Commenting and Trackback by HaloScan.com